25 İyun 2015 09:42
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenkonun administrasiyası Rusiyanın Donbas hövzəsindəki hərbçilərinin sayını açıqlayıb.


Administrasiya başçısının müavini Andrey Taranov “5 Kanal”ın efirində Donbas hövzəsində 9 min Rusiya hərbçisinin olduğunu deyib.

Onun sözlərinə görə, bu məlumatlar Ukrayna və başqa ölkələrin kəşfiyyat qurumları tərəfindən təsdiq edilir. Andrey Taranov Ukrayna-Rusiya sərhədləri boyunca 50 min Rusiya hərbçisinin olduğunu bildirib. Administrasiya başçının müavini hesab edir ki, rus hərbçilər Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevin tutulması faktı onun sözlərinin təsdiqi ola bilər.(publika.az)


Müəllif:

Oxşar xəbərlər