ABŞ-ın bütün ərazisində eynicinsli nikahlar leqallaşdırılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Ali Məhkəməsi ölkənin bütün ərazisində eynicinsli nikahların qeydiyyatının leqallaşdırlması barədə qərar verib.
Ali Məhkəmə eynicinsli nikahları ABŞ vətəndaşlarının konstitusiya hüququ kimi tanıyb. Bu vaxta kimi ABŞ-ın 50 ştatından 37-də bu cür nikahlar leqallaşdırılmışdı. ABŞ-da belə bir hüququ ilk olaraq 18 noyabr 2003-cü ildə Massaçusets ştatı öz sakinlərinə verib.
Qeyd edək ki, eynicinsli nikahlar dünyanın 20 ölkəsi, Meksikanın bir neçə ştatı və Böyük Britaniya ərazisinin çox hissəsində leqallaşdırılıb. Dünyada ilk olaraq belə bir hüququ öz vətəndaşlarına 2001-ci ildə Niderland verib.
Nihad