Pakistanda havanın həddindən artıq isti keçməsi nəticəsində ölənlərin sayı 1400 nəfərə yüksəlib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənub əyaləti olan Sindin mərkəzi Karaçidə isti havanın davam etməsi, uzunmüddətli elektrik və su fasilələri çoxlu sayda insanın ölümünə səbəb olur.
Ölənlərin böyük bir qismini küçədə yaşayanlar, çətin şərtlər altında işləyənlər və yaşlılardır.
Əyalət Naziri Seyid Əli Şah jurnalitlərlə görüşdə həyatını itirənlərin sayının 1400-ə çatdığını bildirib.
Pakistan Meteoroloji Departamentindən verilən məlumata görə, sabah gecədən etibarən Karaçidə yağış yağacağı gözlənilir.
Rüstəm