«SanDisk» şirkəti «MWC 2014» tədbirində təqdim etdiyi 200 GB-lıq mikroSD kartı satışa çıxarıb.
Kart sadəcə ölçüsüylə deyil, suya, istiyə, zərbəyə, maqnit və «X-Ray» elektromaqnit radiasiyasına davamlılığı ilə də seçilir. MikroSD-nin köçürmə sürəti 90 Mb/s-dir. Bu da o deməkdir ki, bir dəqiqəyə 1200 şəkil göndərmək olar.
Kartda 20 saatlıq «Full HD» video saxlamaq mümkündür. İlkin olaraq, kartın qiymətinin 399 dollar olacağı açıqlansa da, «Amazon»da240 dollardan satışa çıxarılıb.
SD-kart adapteriylə satılır. MikroSD-yə 10 il qlobal qarantiya verilir.