Odessa vilayətinin qubernatoru, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili səmərəsiz işinə görə 21 məmuru işdən uzaqlaşdırıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə Saakaşvili iki departamenti də ləğv edib. Keçirdiyi müşavirə zamanı Saakaşvili müdafiə işləri, korrupsiyanın aşkar edilməsi və qarşısının alınması, habelə hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr, daxili audit departamenti ilə bağlı məruzələri dinləyib.
Qubernator ləğv edilən iki departamentdə korrupsiya faktlarının aşkar edildiyini bildirib.
Samir