Әsǝd rejiminǝ sadiq qüvvǝlǝr Anadolu İnformasiya Agentliyinin müxbirini yaralayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Suriyanın Hǝlǝb şǝhǝrindǝ toqquşmaları izlǝyǝn agentliyin müxbiri Saleh Leyla yaxınlığındakı bir mǝntǝqǝyǝ Әsǝdǝ sadiq qüvvǝlǝrin tǝşkil etdiyi raket hücumu zamanı yaralanıb.
Partlayış zamanı müxbirin üzündǝn vǝ ǝlindǝn xǝsarǝt aldığı bildirilib. Salehin yanında sǝrbǝst jurnalist kimi işlǝyǝn media aktivisti Әbdülkǝrim Leyla da bədəninin müxtǝlif yerlǝrindǝn yüngül yaralanıb.
Sǝhra xǝstǝxanasına yerlǝşdirilǝn hər iki jurnalistin vǝziyyǝtinin normal olduğu bildirilib.
Samir