11 İyul 2015 15:13
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin şərqində yerləşən Çjetszyan əyalətinin sahil rayonlarının 865 min sakini "Çan-Xom" qasırğası təhlükəsinə görə təxliyyə edilib.

"Report" xəbər verir ki, bu haqda "Xinhua" agentliyi məlumat yayıb.

Dənizdəki 28 mindən artıq gəmiyə limana qayıtmaq tapşırılıb. Yerli hava limanları bağlanıb. Tayvanla bərə əlaqəsi dayandırılıb. Avtobus və qatarların hərəkəti kəsilib.

Məlumata görə, hazırda qasırğa sahildən 145 km aralıdadır, ancaq onun tezliklə sahilə çatacağı gözlənilir. Sinoptiklər bildirib ki, qasırğanın sürəti saniyədə 58 km-dir. Ölkənin şərqindəki qonşu Futszyan və Çjetsyan əyalətlərində təbii fəlakətlə əlaqədar ən yüksək təhlükəsizlik səviyyəsi elan edilib.

Qeyd edək ki, iyulun 9-da Çində baş verən "Lyanxua" qasırğasından 1,6 milyon insan ziyan çəkib. Bu təbii fəlakət nəticəsində ölkəyə 213 milyon dollar ziyan dəyib.


Müəllif:

Oxşar xəbərlər