Tbilsidə ticarət mərkəzinin tikinti və təmir materialları hissəsində yanğın baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, insident nəticəsində 11 nəfər xəsarət alıb.
Xəsarət alanların hamısı ticarət mərkəzinin əməkdaşlarıdır. Yanğına səbəb kimi elektrik xəttində nasazlıq göstərilir.