İran, altılıq ölkələri ilə əldə edilmiş razılaşmaya baxmayaq, nüvə silahını zənginləşdirməyə davam edərsə, hərbi əməliyyatlara başlamaq istisna deyil, ABŞ Müdafiə naziri deyir.
Nazir Ashton Carter hazırda Yaxın Şərqə səyahəti çərçivəsində İsraildədir. Cənar Carter oraya nüvə razılaşmasını ucadan tənqid edən əsas tərəfdaşının şübhələrini yox etmək üçün gedib.
Ötən çərşənbə günü İran və "altılıq" dövlətləri arasında Vyanada keçirilmiş danışıqların yekununda razılıq əldə edilib. Bu anlaşmaya əsasən, İranın nüvə proqramını məhdudlaşdırılması müqabilində, Qərb ölkələri İrana qarşı sanksiyaları aradan götürəcək.
Lakin nazir əlavə edib ki, o, "İsraildə heç kimin düşüncəsini dəyişmək fikrində deyil". O vurğulamaq istəyir ki, ABŞ-ın "İsraili qorumaq istəyi azalmayıb".
"Razılaşmanın yaxşı olduğunu göstərən səbəblərdən biri odur ki, o hərbi əməliyyatları qadağan etmir", cənab Carter jurnalistlərə deyib.
"Yaxşı razılaşmadır. O, regiondan təhlükə, hədə və qeyri-müəyyənlik kimi vəziyyətləri yox edir", nazir qeyd edib.
Bundan öncə, İsrailin baş naziri Benjamin Netanyahu razılaşmanı "tarixi səhv" adlandırıb. Ashton Carter Təl-Əvivə bazar günü çatıb. O, bu gün baş nazirlə görüşəcək. Daha sonra müdafiə naziri, Sədüdiyyə Ərəbistanına və İordaniyaya getməlidir.