Misirin Qalubiyyə əyalətində mebel fabrikində baş verən güclü yanğın nəticəsində ən azı 24 nəfər həlak olub, 20-dən artıq insan yaralanıb.
Bu barədə Misirin Səhiyyə Nazirliyinin nümayəndəsi Məhəmməd Lyaşeyn məlumat verib. O, yaralıların bir çoxunun ağır vəziyyətdə olduğunu bildirib.
Polisin ilkin məlumatına görə, hadisənin səbəbi qaz balonunun partlaması olub. Yanğınsöndürənlər hadisə yerinə çatana qədər alov artıq 1,5 min kvadratmetrdən çox ərazini bürüyüb.(publika.az)