Bütün dünya İŞİD terror təşkilatının döyüşçüləri ilə mübarizəyə qalxmalıdır.
Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya səfəri zamanı deyib.
O bildirib ki, İŞİD - məqsədi islama qara yaxmaq olan terror təşkilatıdır.
Prezident həmçinin qeyd edib ki, Türkiyə bu təşkilatla mübarizə aparır.