Ukrayna rusiyalı mədəniyyət işçilərinin adı əks olunmuş "qara siyahı" tərtib edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, siyahıda 14 rus sənətçisinin adı var. Bu barədə Ukrayna Mədəniyyət Nazirliyi açıqlama verib. Onların Ukrayna dövlət təhlükəsizliyinə təhdid olduğu bildirilib.
Sənəddə Oleq Qazmanov, İosif Kobzon, Nikolay Rastorquyev, Valeriya və Mixail Boyarski ilə yanaşı 2013-cü ildə Rusiya vətəndaşlığını almış fransız aktyoru Jerar Depardiyenin adını da görmək olar. Ukraynada arzuolunmaz şəxslər sayılan rusiyalı mədəniyyət xadimləri vaxtilə Krımın ilhaqı və müstəqilliyini elan etmiş Donetsk və Luhansk bölgələrinə dəstək bildiriblər.
Rəsmilər siyahının genişləndiriləcəyini istisna etməyiblər.
Samir