Əfqanıstanın şimalındakı Kunduz vilayətinin Xan Abad rayonunda intihar hücumu təşkil edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, rəsmilər hücum zamanı 22 dinc sakinin həyatını itirdiyini bildiriblər. Hadisə "Taliban" terror təşkilatı tərəfindən törədilib. Hücumun Tarek Kunduz adlı terrorçu tərəfindən həyata keçirildiyi açıqlanıb.
"Taliban"nın sözçüsü Zabihullah Mucahid isə hücum nəticəsində 7-i polis olmaqla 31 nəfərin öldüyünü, 26 polisin isə xəsarət aldığını idda edib.
Samir