İspaniyanın La Korunya şəhərində iş adamlarından biri üzərində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bayrağının əks olunduğu geyim malları satmağa çalışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onun bu istəyi ürəyində qalıb. Bununla çoxlu pul qazanacağına ümid edən şəxs polis tərəfindən saxlanılıb. Onun satmaq istədiyi mallar arasında köynək, əl çantası, şalvar və digər mallar olub.
İspaniya Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, İspaniya vətəndaşı olan şəxs İŞİD-in şöhrətindən istifadə edərək, bu addımı atmaq istədiyini deyib.
Samir