Türkiyədə ağlını itirən ər həyat yoldaşını və qızını silahla vurduqdan sonra özü də intihar edib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, özünü silahla vuran ər H.Ç. dünyasını dəyişib, həyat yoldaşı və qızı isə yaralanıb.
Polisin məlumatına görə, səhər saatlarında evə gələn 46 yaşlı H.Ç bilinməyən səbəbdən xanımı ilə mübahisəyə başlayıb. Mübahisənin böyüməsi nəticəsində ər silahla həyat yoldaşı və 22 yaşlı qızına atəş açıb. O daha sonra silahla özünü vuraraq intihar edib.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları H.Ç-nin öldüyünü müəyyən ediblər. Yaralılar isə xəstəxanaya aparılıb.
Polis hadisə ilə əlaqədar geniş istintaqa başlayıb.
Rüstəm