ABŞ-da gənc qızı seks köləsinə çevirən və fahişəliyə məcbur edən, ona işgəncələr verən cütlüyün məhkuməsi yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, hadisə Virciniya ştatında baş verib. Aldair Hodza və Laura Sorensen cülüyü 20 yaşlı qızı qaçırdıqdan sonra 18 gün ərzində ona işgəncə veriblər.
Cütlük qızın dirnaqlarını çıxarıb, yaralarına isti su töküb, bədəninə qızdırılmış dəmirlə damğa vurublar. Daha sonra qızı çınqıllı yolda sürüyüblər.
Qız qaçmasın deyə Hodza onu qorxudub, bir itin başını onun gözləri önündə bədənindən ayırıb. Sonra isə əgər itaət etməsə, onun da başını belə kəsəcəyi ilə təhdid edib.
Cütlük daha sonra 20 yaşlı qızı fahişəliyə məcbur edib.
Məhkəmədə gənc qızdan üzr istəyən Hodza 42 il, Sorensen isə 40 il həbs cəzasına məhkum edilib.
Rüstəm