24 Avqust 2015 12:31
1 178
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ukrayna müstəqilliyinin elan olunmasının 24-cü ildönümünü qeyd edir.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, 24 il əvvəl Ukrayna Sovet Sosialist Respublikasının Ali Radası Ukraynanın müstəqilliyinin elan edilməsi barədə akt qəbul edib.

1991-ci il dekabrın 1-də Ukraynanın müstəqilliyi uğrunda ukraynalıların 90 faizi referendumda səs verib.

Bu münasibətlə Ukraynanın paytaxtı Kiyevdə bu gün təntənəli mərasim təşkil olunub. Tədbirdə Ukrayna prezidenti Petro Poroşenko və digər yüksək vəzifəli şəxslər iştirak edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər