26 Avqust 2015 12:32
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Bişkek-Toruqart strateji avtomobil yolunda baş verən yol qəzası nəticəsində 7 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.

Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.

Qəza yerli vaxtla 7:30 radələrində baş verib. İlkin məlumata əsasən, “Honda Odyssey” markalı avtomobilin sürücüsü qarşı zolağa çıxıb və “Lexus 470” markalı maşınla toqquşub. Nəticədə sürücü və 6 sərnişin hadisə yerindəcə həlak olub. “Lexus 470”-də yaralanan 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Hazırda Daxili işlər nazirliyinin əməkdaşları ölən və yaralıların kimliyini müəyyənləşdirir. Hadisə yerində Çuy vilayətinin yol-patrul xidmətinin əməliyyat istintaq qrupu işləyir.


Müəllif:

Oxşar xəbərlər