ABŞ-ın Virciniya ştatında dünən canlı yayım zamanı öldürülən jurnalist Elison Parkerin atası Endi Parker qanunvericiliyə dəyişiklik edilməsini tələb edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, bildirib ki, silahların daşınması ilə bağlı qanunlar sərtləşdirilməlidir. Parkerin sözlərinə görə, əqli çatışmazlığı və ya əsəb pozğunluğu olanlar silah əldə etməməlidir: "Biz bu məsələni belə qoymamlıyıq. Mən ömrümün sonuna kimi qanunvericiliyə dəyişikik edilməsi üçün mübarizə aparacam. Bu hadisə ilə bağlı sərt qərar qəbul edilməsə, növbəti həftələrdə oxşar hadisələrin sayı artacaq".
Qeyd edək ki, ABŞ-ın Virciniya ştatında canlı yayım zamanı iki jurnalisti güllələyən şəxs WDBJ telekanalının keçmiş əməkdaşı Vester Flenaqan olub. O, hadisədən sonra intihar edib.
Samir