Belarusda prezidentliyə namizədi zəhərləyiblər. Minskdəki kafelərin birində səhər yeməyindən sonra xəstəxanalıq olan Viktor Tereşenko milisə müraciət edərək, xəstəxanaya düşməsinin səbəbinin araşdırılmasını xahiş edib. Musavat.com-un məlumatına görə, səhər yeməyi zamanı namizədin qəfildən halı pisləşib, təzyiqi kəskin qalxıb.