Şanlıurfada PKK döyüşçülərinin açdığı atəşlə şəhid olan polis məmuru Tanju Sakaryanın, sosial mediadakı son paylaşımlarında, onun cənazəsində ürəkləri dağlayan xanımı Fatiməyə sevgisini dilə getirdiyi ortaya çıxdı.
Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, Balıqlıgöl Dövlət Xəstəxanası önündə məsləkdaşı Fatih Kılbəy ilə birlikdə PKK militanlarının gerçəkləşdirdiyi silahlı hücum zamanı şəhid olan Tanju Sakarya Fatimə ilə 16 ay öncə evlənib.
Tanju Sakarya şəhid olmazdan 1 həftə əvvək ard-arda etdiyi iki paylaşımdan biri, üzərinə "Yaşlanıb, belə qol-qola yürüyəkmi? Nə gözəl yaşlanarsan sən" söləri yazılan və qol-qola yürüyən yaşlı cütlüyün əks olunduğu rəsmdən ibarətdir. İkinci paylaşımda isə öpüşen iki uşağın rəsmi üzərinde "Sən mənə yanğın ol, əfəndim, mən sənə rüzgar" ifadələri yer alıb.
Fatimə Sakarya həyat yoldaşı ilə birlikdə açdıqları sosial media hesabını istifadəyə davam edir. O, profil rəsminə Tanju ilə birlikdə çəkdirdikləri fotonu qoyub. Hesabından isə ərinin üzərinə Türkiyə bayrağı sərilən tabutunu qucaqlamasını əks etdirən fotonu şərh yazmadan paylaşıb.
Nihad