Rusiya və Ukrayna arasında sərhədin bir hissəsində divar inşa ediləcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskva Bölgəsi üzrə Sərhəd Mühafizə İdarəsinin rəsmi internet saytı məlumat yayıb. Bildirilir ki, Ukrayna sərhədinə 2 metr hündürlüyündə və 3,22 kilometr uzunluğunda təhlükəsizlik divarı tikintisi üçün tender elan edilib.
Tikanlı məftillərlə təchiz ediləcək divar 9,9 milyon rubla (təxminən 150 min dollar) baha başa gələcək.
Samir