10 Sentyabr 2015 23:33
666
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın şimal-şərqində leysan yağışları və sürüşmələrə görə 90 mindən çox adam ev-eşiyini tərk etməli olub.

İki günlük yağışlardan sonra Kinuqava çayı məcrasından çıxaraq Coso şəhərini basıb.Nəticədə sel evlər və maşınları aparıb. Vertolyotlardan aparılan çəkilişlərdə insanların evlərin damına qalxdığı görsənir.

Leysan yağışları mərkəzi Yaponiyadan keçən Etau qasırğasının ardınca başlayıb.

Qasırğa nəticəsində 15 nəfər yaralanıb.


Müəllif:

Oxşar xəbərlər