Pakistanın Pencam əyalətinin Multan şəhərində baş verən partlayış nəticəsində 9 nəfər həlak olub, azı 40 nəfər yaralanıb.
"Report" BBC-yə istinadən xəbər verir ki, hadisəyə partlayıcı maddə daşıyan nəqliyyat vasitəsi ilə motosikletin toqquşması səbəb olub.
Multan şəhər polis idarəsinin nümayəndələri faktı təsdiq ediblər, ancaq partlayıcı maddənin hansı məqsədlə motorikşa adlanan kiçik nəqliyyat vasitəsində daşındığına aydınlıq gətirməyiblər.