28 Sentyabr 2015 16:31
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Suriyada qurulacaq keçid hökumətində hazırki prezident Bəşər Əsəd də yer ala bilər".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu İngiltərə baş naziri Devid Kemeron bildirib. Onun sözlərinə görə, məsələ ilə əlaqədar müzakirlər davam edəcək: "Əsədin bu vəziyyətdə Suriyanın gələcəyində yeri yoxdur. Ancaq keçid dövrü ilə bağlı müzakirələr davam edir. Dəyişikliklər qaçılmazdır".

Qeyd edək ki, bundan əvvəl Avstraliya və Almaniya da Əsəd ilə dialoq qurulmasının vacibliyini bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əsədin keçid hökumətində yer ala biləcəyini deyib. Rusiya isə Suriya böhranının həllində Əsədin önəmini vurğulayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər