Əfqanıstanın Kunduz şəhəri yaxınlığında “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının xəstəxanasının atəşə tutulması nəticəsində ölənlərin sayı 19-a çatıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın rəsmi məlumatında bildirilir.
Qeyd edək ki, daxilində 200 nəfərin olduğu “Sərhədsiz həkimlər” beynəlxalq təşkilatının xəstəxanası bu gün səhər saatlarında bombardman olunub.
Təşkilatın nümayəndələri bildiriblər ki, amerikalı hərbçilər hava zərbəsinin endirilməsi barədə dərhal məlumatlandırılsalar da, təyyarələr onları bir saat ərzində atəşə tutub.
NATO insidentin araşdırıldığını bildirib. ABŞ ordusunun nümayəndəsi Con Kempell hadisəyə görə rəsmi üzrxahlıq edib.