5 Oktyabr 2015 12:15
1 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dörd işçi müdirlərini şantaj edərək ondan külli miqdarda pul almağa çalışıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə avqust ayında İstanbulda baş verib. Dörd dost əvvəlcədən plan quraraq müdirlərinin otağına gizli kamera yerləşdiriblər. Müdirin otağında qadınla olan görüntüsünü çəkiblər.

Daha sonra Erkan adlı işçi müdirləri Əhməd E.-nin telefonuna videonun bir hissəsini göndərib. O, 100 min TL (təxminən 35 min manat) istəyib.

Pulu verməyi qəbul etməyən Əhmədə şantajlar davam edib. O, baş verənlər barədə polisə məlumat verib. Polislə əməkdaşlıq edən Əhməd şantajçılara onların şərtini qəbul etdiyini deyib. Hasan B. və Kubilay Y. ilə xəstəxananın bağçasında görüş təyin olunub. Polis şübhəliləri CD-ni verib, pulu götürərkən saxlayıblar. Onların ifadəsi alındıqdan sonra digər dostlar Mərtcan Y. və Ərkan K. da saxlanılıb.

Mərtcan Y., Hasan B., Kubilay Y. həbsxanaya göndərilərkən, Ərkan təşəbbüsü ilk mərhələdə tərk etdiyi üçün sərbəst buraxılıb. İstintaq nəticəsindən şübhəlilər haqqında iddianamə hazırlanıb.

Onlar "dələduzluq" və "şəxsi həyata müdaxilə”də ittiham olunurlar.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər