Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid bin Talal “Twitter” sosial şəbəkəsinin ən böyük səhmdarlarından biri oldu.
Publika.az xəbər verir ki, dünyanın ən böyük sərmayə şirkətlərindən “Kingdom Holdinq”in sahibi Talal 6 həftə ərzində “Twitter”in 35 milyon hissəsinə sahib olub.
Şahzadə bin Talal “Twitter”in hissələrini 2011-ci ildə 300 milyon dollara alıb. O zaman onun sosial şəbəkədə payı 3 faiz idi.