Oktyabrın 10-da baş verən qanlı faciədən sonra Türkiyə vətəndaşları qorxu içərisində yaşayır.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrın 12-də Ankara metrosunda bomba həyəcanı baş verib. Batıkent dayanacağına doğru irəliləyən metrodakı gənc qadın yanındakı adamı kamikadze bilib. Qadının “bomba” deyə qışqırmasından sonra izdiham yaşanıb. Metroda olan iki mülki polis silahlarını çıxararaq terrorçu hesab edilən adamın üzərini yoxlayıb. Hadisədən sonra həyəcan yaradan qadının ifadəsi də alınıb.
Teleqraf.com hadisə zamanı lentə alınan videonu təqdim edir:
Rüstəm