Ötən gecə İsveçin cənub-qərbindəki Halland vilayətinin Kunqsbaka kommunasında qaçqınların yerləşdirilməli olduğu köhnə məktəb binası yanıb.
"Report" xəbər verir ki, bu barədə İsveçin teleqraf bürosu məlumat yayıb. Yanğının söndürülməsinə üç yanğınsöndürən briqada cəlb olunub. Polis hadisə baş verən ərazini nəzarətə götürüb. Yanğının səbəbləri müəyyənləşdirilir.
Qeyd edək ki, bu, həftə ərzində İsveçdə yanan üçüncü qaçqın qəbulu məntəqəsidir.