22 Oktyabr 2015 00:52
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya prezidenti Bəşər Əsədə dəstək verilməyə yönəlik istənilən addım yolverilməzdir. Musavat.com-un məlumatına görə, bu barədə Fransa prezidenti Fransua Olland bu gün Parisdə keçirdiyi mətbuat konfransında bildirib.

Əsədin Moskvaya qəfil səfər edərək Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmasına toxunan Olland ümid elədiyini bildirib ki, bu danışıqlar Suriyada keçid siyasi proseslərin yaxınlaşmasını sürətləndirəcək.

“Mən istərdim inanam ki, prezident Putin Bəşər Əsədi siyasi keçidə bacardıqca tez başlamağın və öz postunu tərk eləməyin zəruriliyinə inandıra bilib. Güman edirəm ki, görüşün anlamı bu olub” – qeyd edib Fransa prezidenti.

Onun sözlərinə görə, əgər Rusiyanın Suriyadakı əməliyyatının hədəfi Bəşər Əsədi hakimiyyətdə saxlamaqdısa, o zaman Suriya məsələsi nizamlana bilməz.


Müəllif:

Oxşar xəbərlər