3 Dekabr 2015 23:52
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın daxili işlər naziri Racnatx Sinqx yerli NDTV telekanalının efirində çıxış edərkən ölkənin cənubunda baş verən daşqınlar nəticəsində həyatını itirənlərin sayının 280 nəfəri keçdiyini bildirib.

Təbii fəlakətlə əlaqədar Çennai şəhərindəki beynəlxalq hava limanı fəaliyyətini bazar gününədək dayandırıb. Hazırda şəhərdən 70 kilometr aralıda yerləşən hərbi-dəniz aviasiya bazası kommersiya uçuşları üçün istifadə olunur.

Regiondakı yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Hindistan hökumətinin rəsmi məlumatına əsasən, təbii fəlakət zonasında 15 xilasedici dəstə fəaliyyət göstərir. Xilasedicilərə, həmçinin Hindistan Hərbi Hava Qüvvələrinin 4 ədəd Mi-17 və 5 ədəd “Chetak” helikopteri yardım edir. Bundan başqa, əraziyə Bxubaneşvara və Nyu-Delidən daha 7 xilasetmə dəstəsi cəlb olunacaq.

Xatırladaq ki, noyabrın 9-da Benqal körfəzinın Tamilandu sahilləri aşağı atmosfer təzyiqi sahəsinın təsiri altına düşüb. Nəticədə aramsız yağan leysan yağışları güclü daşqınlara səbəb olub. Sinoptiklərin proqnozuna görə, yağışlar yaxın 2-3 gün ərzində də davam edəcək.


Müəllif: