"Türkiyə qoşunları Mosuldan geri çəkilməsə də, irəliləyişi dayandırıb".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bu gün iraqlı həmkarı İbrahim əl-Cəfəri ilə görüşüb. Görüş zamanı Çavuşoğlu Türkiyənin İraqın torpaq bütövlüyünə hörmətlə yanaşdığını deyib.
Bilgiç qeyd edyib ki, Türkiyə Mosulda yeni deyil: "Türk əsgərlərinin iraqlı əsgərlərə keçdiyi təlim Bağdad rəhbərliyin ilə əməkdaşlıq çərçivəsində davam etdiriləcək".
Samir