9 Dekabr 2015 16:51
1 996
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya məxsus Su-24 qırıcısının vurulması ilə Ankara müharibənin başlaması üçün bizə əsas verib".

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Baş naziri Dmitri Medvedev "Rusiya-24" telekanalında canlı yayım zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Rusiya hökuməti isə buna simmetrik cavab vermədi: "Sanksiyalar ölkəni qorumaq üçün atılmış addımdır. 20-ci əsrdə belə bir hadisə olsaydı dövlətlər nə edərdi? Əlbəttə ki, müharibəyə başlayardı. Çünki bu birbaşa hücumdur".

Medvedev bildirib ki, müharibə ən pis seçimdir: "Ona görə də, simmetrik cavab verilməməsi qərarına gəldik. Türklərin bu addımı beynəlxalq hüquqlara zidd idi. Müharibə başlamadı. Rusiya hökuməti və prezidenti buna getmədi. Ancaq biz onlara göstərməliydik ki, onlar buna görə cavab verəcəklər. Bu səbəbdən təhlükəsizlik məsələlərinə görə sanksiyalar tətbiq olundu".

Samir


Müəllif:

Oxşar xəbərlər