ABŞ hökuməti Gürcüstana iki hərbi vertolyot verəcək.
Musavat.com gürcü qaynaqlarına istinadən xəbər verir ki, Gürcüstan hökumətinin bu gün təsdiqlədiyi sərəncam layihəsinə əsasən, 50 milyon dollarlıq qrant çərçivəsində Tiflis 18,6 milyon dollar məbləğində iki “HUEY II” vertolyotu alacaq.
Xilasetmə əməliyyatları aparmaq qabiliyyəti də olan hərbi vertolyotları gürcü tərəfi 2018-ci il üçün, ehtiyat hissələri, müvafiq sənədləri və pilotların təlimi xidmətləri ilə birgə alacaq.
Xatırladaq ki, bu ilin əvvəlində ABŞ Senatının qəbul elədiyi qərara əsasən Gürcüstan ABŞ-ın NATO-dan kənar müttəfiqi elan edilib.