Los Ancelesdə məktəblər terror təhlükəsi səbəbiylə bağlanıb.
Musavat.com-un məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb.
Los Anceles mətbuatı sagirdlərin hədəfə alındığını, məktəblərin bağlanmasına partlayış ehtimalının səbəb olduğu bildirib. ABŞ kəşfiyyatı da xəbəri təsdiqləyib və partlayış ehtimalı olduğunu qeyd edib.
Həmçinin bildirilib ki, burada 640 min şagirdin təhsil aldığı 1000 dən çox məktəbdə tətil elan edilib.