20 Dekabr 2015 23:47
408

Norveçin Skafso qəsəbəsində yerli hakimiyyətin qaçqınları yerləşdirməyi planlaşdırdığı binada yanğın baş verib.

"Report" "Dagbladet" nəşrinə istinadən xəbər verir ki, yanğın söndürülüb, xəsarət alan yoxdur, lakin alov binaya ciddi ziyan vurub.

"Biz yanğının hansı səbəbdən baş verdiyini hələ ki, bilmirik və yandırılma da daxil olmaqla bir neçə variant üzərində işləyirik", - deyə yerli polis idarəsinin nümayəndəsi Quro Silyan bildirib.


Müəllif: