3 Fevral 2016 11:27
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ukrayna qısa perspektivdə Rusiya təcavüzünün güclənməsinə hazır olmalıdır”.

Publika.az xəbər verir ki, bunu “Obozrevatel” nəşrinə sabiq diplomat, Razumkova Mərkəzinin eksperti Mixail Paşkov deyib.

“Rəsmi Moskva əhaliyə “mühasirəyə alınmış qala” fəlsəfəsini öyrədir. Avropa və Qərb rəqib və düşmən kimi təqdim edilir”, - Paşkov söyləyib. Ekspert əmindir ki, Rusiyanın siyasi elitası da insanların əksəriyyətinin xoşuna gələni həyata keçirir.

Onun sözlərinə görə, yaxın vaxtlarda Rusiyanın dağılmasına ümid etmək sadəlövhlükdür: “Ən real variant Vladimir Putinin növbəti prezident müddətinə seçilməsidir. Buna görə də biz ciddi qarşıdurmaya hazırlaşmalıyıq. Biz özümüzü heç bir illüziyalarla qidalandırmalı deyilik. Ruslar Ukrayna ilə bağlı siyasəti dəyişməyəcəklər”.


Müəllif:

Oxşar xəbərlər