Gürcüstanla İran arasında viza rejimi ləğv ediləcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Gürcüstanın xarici işlər nazirinin müavini David Calaqaniya məlumat verib.
Onun sözlərinə görə, fevralın 15-dən etibarən İran vətəndaşları 45 gün müddətində Gürcüstanda vizasız qala biləcək.
Qeyd edək ki, İranla Gürcüstan arasında viza rejiminin tətbiqi ilə bağlı razılaşma 2010-cu ilin noyabrında imzalanıb, 2011-ci ilin yanvarından qüvvəyə minib.
Samir