13 Fevral 2016 20:58
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının tərəfdarları olan 60 nəfərlik qrupla Fransanın Mariqnan şəhərində cümə namazı üçün məscidə gələn türklər arasında insident baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı PKK tərəfdarları dəmir dəyənəklərlə qarşı tərəfə hücum edib. İnsident nəticəsində 6 nəfər xəsarət alıb.

Olaya müdaxilə edən polis iki nəfəri həbs edib. Məlumatlara görə, insident PKK tərəfdarlarının Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı və türk hökumətini təhqir etməsindən sonra başlayıb.

Samir


Müəllif:

Oxşar xəbərlər