15 Fevral 2016 16:58
1 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Əhməd Davudoğlu Ukrayna səfəri çərçivəsində həmkarı Arsen Yatsenyukla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdən sonra baş nazirlər brifinq keçiriblər. Konfransda Davudoğlunun fikirləri diqqət çəkib.

Türkiyəli nazir ölkəsinin Krımı Ukrayna torpaqlarının bir parçası kimi tanıdığını deyib: "Türkiyə Ukraynanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir, həmçinin Krımın ilhaqını rədd edir".

Davudoğlunun sözlərinə görə, Türkiyə daim Suriya və Ukrayna xalqılarının yanında olacaq: "Biz burada söhbət edərkən, Rusiya döyüş təyyarələri Azez bölgəsində xəstəxananı bombaladı. Xeyli uşaq öldü. Biz Ukrayna və Suriya xalqının yanında olacağıq. Bu gün Gürcüstan, Ukrayna və Suriyanın ərazi bütövlüyü Rusiyanın təhdidi altındadır. Moskva Ermənistana verdiyi dəstəklə Azərbaycanın da ərazi bütövlüyünü pozub. Sovet İttifaqının dağılmasından 25 il keçməsinə baxmayaraq, Rusiya bu dövrü yenidən canlandırmağa çalışır. Bu yaxşı nəticələr verməyəcək".

Türkiyə Baş naziri əlavə edib ki, YPG Rusiyanın əlində alətdir: "Bu gün Türkiyədə PKK, Suriyada YPG Rusiyanın alətidir. Rusiya Türkiyəni sıxışdırmaq üçün bu yoldan istifadə edir. "Dünya müharibəsi başlaya bilər" spekulyasiyası da Rusiyanın uydurmasıdır. Türkiyə vacib bildiyi bütün tədbirləri görəcək".

Davudoğlu Rusiyanı Suriyada yeni Kadırov yaratmaqda ittiham edib: "Rusiya Çeçenistanda Kadırov kimi kuklanı yetişdirib. Moskva bunu Suriyada da həyata keçirmək istəyir. Ya Əsədi Kadırovlaşdıracaqlar, ya da yeni Kadırov yetişdirəcəklər".

Samir


Müəllif:

Oxşar xəbərlər