17 Fevral 2016 11:13
1 285
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinə məxsus qırıcılar İŞİD terror təşkilatının Suriyadakı mövqelərinə ilk dəfə zərbələr endirib.

Teleqraf.com "Sabah" qəzetinə istinadən xəbər verir ki, bununla bağlı Pentaqon sözçüsü Peter Kuk məlumat verib. Kuk qırıcıların haradan qalxdığını və hansı bölgələrə aviazərbələr endirdiyini açıqlamayıb.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ müdafiə naziri Eşton Karter yaxın vaxtlarda Səudiyyənin hava hücumlarında fəaliyyətini artıracağını açıqlamışdı.

Samir


Müəllif: