18 Fevral 2016 02:15
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Angela Merkel Ankarada baş verən terror hadisəsi ilə bağlı yazılı açıqlama yayıb.

Musavat.com xəbər verir ki, Merkel 28 nəfərin ölümü ilə nəticələnən terror aktını şiddətli şəkildə qınadığını bildirib.

Almaniya kansleri qeyd edib: "İnsanlığa sığmayan bu cür hücumlarla mübarizə aparan Türkiyənin yanındayıq. Biz almanlar kədərinizi paylaşırıq. Həyatını itirənlərin yaxınlarına başsağlığı, yaralılara şəfa diləyirik”.

Almaniya xarici işlər naziri Frank Valtr Ştaynmayer terror xəbərindən sarsıldığını bildirib.

“Dəhşətli hadisədir. Yaralılara şəfa diləyirəm”, -deyə nazir vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər