ABŞ Ankarada terror aktının kimlər tərəfindən törədilməsi barədə məlumatlara malik deyil.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
"Bu terror aktına görə kimin məsuliyyət daşıdığı barədə informasiyanı nə təsdiq, nə də inkar edə bilərik", - Kirbi brifinqdə bildirib. O, deyib ki, ABŞ üçün bu sual açıq qalır.
Bununla da o, Türkiyə rəsmilərinin Ankarada terroru Suriya kürdlərinin törətməsi barədə bəyanatını şərh edib.
ABŞ prezindetinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisinin müavini Ben Rods isə bildirib ki, bizim hökumət Ankaradakı terrora görə kimin məsuliyyət daşıdığı barədə qərara gəlməyib: "Ancaq biz türklərlə bu barədə söhbət edəcəyik".
Qeyd edək ki, Ankarada hərbçilərin yaşadığı ərazidə, Türkiyə Böyük Millət Məclisinin yaxınlığında törədilən terror aktı nəticəsində 28 nəfər ölüb, 61 nəfərsə xəsarət alıb. Ölkənin prezidenti və baş naziri terror aktını PYD-YPG qruplaşmasının törətdiyini bəyan ediblər.
Nihad