19 Fevral 2016 18:05
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın hava hücumları və Suriya ordusunun fəaliyyəti Hələbə humanitar yardım əməliyyatını pozub".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Pan Gi Mun deyib. Onun sözlərinə görə, hərbi əməliyyatların fəallaşması münaqişənin sülh yolu ilə nizamlanması səylərinə mane olur:

"BMT Təhlükəsizlik Şurasının ötən ilin dekabrında qəbul etdiyi 2254 saylı Suriya qətnaməsinə görə, bir neçə əyalətdə münaqişənin aktivləşməsi insanlara humanitar yardımların çatdırılmasına ciddi maneədir. Son hadisələr Suriyada vəziyyəti daha da gərginləşdirib. Hazırda minlərlə suriyalı qaçqın həyatı yaşayır. Hərbi əməliyyatlar davam etsə, miqrantların sayının artacağı istisna deyil".

Samir


Müəllif:

Oxşar xəbərlər