27 Fevral 2016 14:32
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada azərbaycanlıya hökm oxunub. O, məhkəmə binasının qarşısında zərərçəkmişlərdən birinin qohumunu bıçaqlamaqda günahlandırılıb.

Hadisə Rusiyanın Ufa şəhərinin Lenin rayonunda 2015-ci ilin martında 4 milyon rubl pulu (82 min 800 manat) mənimsəməkdə günahlandırılan şəxsin məhkəmə prosesi keçirilərkən baş verib. Proses bitdikdən sonra məhkəmə binasının qarşısında zərərçəkənlər və həbs olunan şəxsin qohumları arasında dava düşüb. Davada 12 nəfər iştirak edib. Həmin vaxt 25 yaşlı azərbaycanlı zərərçəkənin qohumlarından birinin kürəyinə bıçaqla zərbə vurub.

Azərbaycanlı günahını boynuna alıb. Məhkəmənin qərarı ilə o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. //anspress


Müəllif:

Oxşar xəbərlər