Martın 7-də Cenevrədə keçirilməsi planlaşdırılan Suriya danışıqları təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Birləşmiş Millətlər Təşkilatı qərar verib.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Misturanın sözlərinə görə, danışıqlar martın 9-da start götürəcək. Mistura qeyd edib ki, danışıqların təxirə salınmasına texniki problemlər səbəb olub.
Samir