7 Mart 2016 17:25
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa Birliyi martın 10-da Ukraynanın ərazi bütövlüyünün pozulmasında günahkar olan Rusiya və Ukrayna vətəndaşlarına qarşı sanksiyaların müddətini uzadacaq".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı adının çəkilməsini istəməyən Avropa Birliyinin rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, qadağalar 146 fiziki və 37 hüquqi şəxsə aid ediləcək: "Qərar cümə axşamı müzakirəsiz qəbul ediləcək. Siyahıdan 3 nəfərin adı çıxarılıb. Həmin 3 nəfər də hazırda dünyasını dəyişib. Sanksiyaların müddəti sentyabrın 15-dək uzadılacaq".

O əlavə edib ki, Avropa Birliyinin daimi nümayəndələr komitəsi isə martın 9-da bu qərarı müzakirəsiz qəbul edəcək: "Qərarın nə vaxt Avropa Birliyinin rəsmi jurnalında dərc ediləcəyi məlum deyil".

Qeyd edək ki, sonuncu dəfə Rusiyaya qarşı sanksiyaların müddəti 2015-ci ilin sentyabrında 2016-cı ilin martın 15-dək uzadılmışdı.

Samir


Müəllif:

Oxşar xəbərlər