"Rusiya istehsalı olan "S-300" tipli raketlərin ilk partiyası bu ilin avqust və ya sentyabrında İrana çatdırılacaq".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu "Rostex" dövlət korporasiyasının rəhbəri Sergey Çemezov deyib.
Onun sözlərinə görə, raketlərin göndərilməsində gecikmələrə səbəb İranın tələblərinin Cenevrədə müzakirə edilməsi olub. Çemezov əlavə edib ki, Rusiya bu il Çinə Su-35 qırıcıları göndərməyəcək.
Qeyd edək ki, bir müddət öncə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov "S-300"lərin İrana nəqlinin vaxtının müəyyən edilmədiyini açıqlamışdı.
Samir