11 Mart 2016 21:52
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müvafiq icazəsi olmadan Almaniyada yerləşmiş və yaxın vaxtlarda deportasiya ediləcək xarici ölkə vətəndaşlarının sayı 49,4 min nəfərdir. Bu barədə Almaniyanın Daxili İşlər Nazirliyinin məruzəsində deyilir.

Bununla yanaşı, 2016-cı ildə qaçqın statusu almaq üçün verilən 162,1 min ərizə müsbət cavablandırılıb. Onların 40 faizi suriyalı, 20 faizi isə əfqanıstanlıdır.

Buna paralel olaraq miqrasiya üzrə qurumun əməkdaşlarının sayı da çoxalır. 2015-ci ilin sentyabr ayından bəri onların sayı demək olar ki, 30 faiz artıb. Əvvəllər xarici ölkə vətəndaşlarının qaçqın statusu almaq məqsədi ilə təqdim etdikləri ərizələrə gec cavab verdiyi üçün qurumun işi dəfələrlə tənqid olunub.

Xatırladaq ki, 2015-ci ildə Almaniyaya sığınacaq almaq məqsədi ilə 1,1 milyon mühacir gəlib.


Müəllif:

Oxşar xəbərlər